Hollivud ulduzu Cennifer Aniston qatıldığı televiziya verilişlərinin birində uşaqlıq fotolarını paylaşıb.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 45 yaşlı sənətçi indiyədək heç bir yerdə yayımlanmayan şəkillərini efirdə nümayiş etdirib.
Qeyd edək ki, “Friends” (“Dostlar”) serialı ilə məşhurlaşan Cennifer aktyor Bred Pittlə evliliyinin Ancelina Coli üzündən bitməsi ilə də gündəmə gəlmişdi. Cenniferlə Bred 2000-2005-ci illərdə ailəli olublar.