Müğənni Ayan Babakişiyeva saçlarını kəsdirərək imicində dəyişiklik edib.
Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi Yeni ildə fərqli imicdə olmaq istədiyini deyib:
“Uzun müddətdir ki, yeni imicdə olmaq istəyirəm. Saçımın rəngini tez-tez dəyişirəm, amma uzunluğu hər zaman eyni qalırdı. Bəziləri saç kəsdirməyi tükün yanması ilə əlaqələndirir. Mənim saçlarım heç vaxt fendən, boyadan yanmır. Çünki onlara qulluq edirəm. Yaxın günlərdə rəngini dəyişəcəm. Bu saç düzümü hamıda ola bilər. Amma hərəyə bir başqa formada yaraşır. Özümdə olan hər nüansı çox sevirəm. Buna görə də, hər zaman baxımlı olmağı, özümə qulluq etməyi xoşlayıram”.