İngiltərəli məmur Sam Akerman 42 kiloqram arıqlayıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, S.Akerman bunu sevgilisinin acığına edib. Belə ki, o, bir barda onunla münasibətdə olan adamın "Dostları ilə mərcdə uduzduğu üçün şişman qadınlarla birlikdə olmağa çalışdığını" öyrənincə çox utanıb və pəhriz saxlamağa başlayıb. Sam Akerman 2 il ərzində pəhriz və idman sayəsində 137 kiloqramdan 95-ə düşməyi bacarıb.