İş adamı Sərdar Bilgilinin sevgilisi, Türkiyənin məşhur xəbər aparıcısı Nazlı Çəlikə sürprizləri davam edir. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük ötən gün Yunanıstana, oradan da Maldiv adalarına istirahətə gedib. Soyuq havalardan qaçan Sərdar və Nazlı Maldivdə dənizə girərək, günəş vannası qəbul ediblər. N.Çəlik bu xoşbəxt anlarını İnstaqramda paylaşdığı foto ilə hər kəsə elan edib.
Qeyd edək ki, Sərdar Bilgili daha əvvəl iki dəfə ailəli olub və 2 övladı var. Nazlı Çəlik isə 1 uşaq anasıdır. Cütlük münasibətlərini hamıdan gizli yaşamağa çalışır və bunun üçün xüsusi helikopterlərlə səyahətə çıxır. S.Bilgilinin sevgilisinə bahalı jestlər etməyi xoşladığı deyilir.