Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva boşanmağa hazırlaşdığı aktyor həyat yoldaşı Tolqa Karellə “Kod adı: K.O.Z” filminin qala gecəsində üz-üzə gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, T.Karel jurnalistlərin G.Musayeva ilə bağlı suallarını cavablandırmayıb.
Günay isə göz yaşlarını saxlaya bilməyib. Model həyat yoldaşının onun haqda dediyi “Sürücüsü mənə silah çəkdi” sözlərinə etirazını bildirib:
“Bu, Tolqanın yalanıdır. Artıq onunla adımın birgə çəkilməsini istəmirəm. Haradasa bu haqda oxuyanda utanıram. Ailəm belə halları qəbul etmir. Bir övladımız var. Ona mən baxıram. Tək istəyim oğluna ata sevgisi göstərsin. Bu vəziyyət ona da təsir edir. Oğlumu ən yaxşı şəkildə böyütməyə çalışıram”.