Murad Arif Ayazı tənqid etdi: "Onun bu hərəkəti..."

Murad Arif Ayazı tənqid etdi: "Onun bu hərəkəti..."
2845 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Murad Arif ifa etdiyi “Tavla” türk mahnısına görə Ayaz Qasımovdan inciyib.

Axşam.az-ın məlumatına görə, Ayazın həmin bəstəni oxuması Muradı əsəbləşdirib:

“Tavla” mahnısını necə oxudumsa, hamının yadına düşdü. Hətta Ayaz Qasımov çıxıb verilişdə oxudu. Ayaz mənə toyların birində demişdi ki, bu mahnını oxuyacam. Dedim, sənə bahalı mahnılar yazmışam, get onları oxu. Niyə "Tavla"nı ifa edirsən?. Necə oxuduğunu eşitməmişəm. Amma bu hərəkətinə görə Ayazdan çox incidim. Mən ifa etdim deyə yadına düşdü? Oxumağa başqa mahnı tapmadı? Bu bəstəni Mirkalamın icazəsi ilə oxumuşam. Ayaz da gedib ondan icazə alardı. Mən hansısa bir müğənni dostumun oxuduğu mahnını yenidən ifa etmərəm. Gərək Ayaz da oxumazdı".

M.Arifin sözlərinə görə, onun ifası mahnının müəllifi Mirkalam tərəfindən də bəyənilib:

"Mən onun meneceri ilə əlaqə saxladım. Mirkamal deyib ki, həmin oğlan Türkiyəyə gələndə mənimlə görüşsün".