Rəqqasə Fatimə Fətəliyeva son vaxtlar efirlərdən uzaqlaşmağının səbəbini açıqlayıb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi deyib ki, qızı onun rəqsdən uzaqlaşmasını istəyir:
“Son vaxtlar bir az xəstəyəm. Həm də başım yeni işlərə qarışıb. Gündəmdə olmasam da, rəqslər hazırlayıram. Novruz bayramında gözəl yeniliklərim olacaq. Xına mərasimlərində mahnı oxuyuram, amma müğənnilik etmək fikrində deyiləm. Rəqqasə və aparıcı kimi sevilirəm. Öz sahəmdə yerimi tutmuşam, iş qadını kimi özümü sübut etmişəm. Mənim səs tembrımda maraqlı xırıltı var. Oxusam, gözəl alınardı. Belə xırıltılı səs ancaq Röyada var. Müğənni kimi şou-biznesə qatılmaq istəmirəm. Qızımın efirə çıxmağına indiyədək etiraz etmirdim, amma fikrim dəyişib. İstəmirəm bu aləmdə olsun. Aydan gələcəyin diplomatıdır. Ona qadağalar qoyuram. Bəzi məsələlər var ki, o da mənə qadağan edir. Rəqqasə kimi fəaliyyət göstərməyimi istəmir. Deyir, gözləyirəm rəqsdən uzaqlaşıb ancaq iş qadını olasan”.