Yəqin ki, çoxlarınız 3 yaşlı uşağın stilist ola bilməyəcəyi qənaətindəsiniz.
Axşam.az xəbər verir ki, bloqger və aktrisa Summer Belessanın oğlu Rokvell bu düşüncəni alt-üst edib. Belə ki, 3 yaşlı uşaq hər gün anasına işə gedərkən geyim seçir.
Rokvellin bu qeyri-adi ideyası anasının bloqu üçün maraqlı layihəyə çevrilib. Hər gün oğlu tərəfindən seçilən libasları geyinən Summerin fotolarını təqdim edirik.