Rusiyalı model İrina Şeyk “Sports İllustrated” jurnalının tədbirinə yollanarkən obyektivlərə tuş gəlib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, hər zaman xüsusi günlərdə özəl libaslar geyinən model stilində bu dəfə fərqlilik edib. İrina uzun bej rəngli palto, trikotaj qara kofta, eyni rəng ayaqqabı geyinib və qırmızı çanta götürüb.
İ.Şeyk bununla da 70-ci illər dəbini gündəmə gətirib.