Samira türk məşhurlarla verilişdə qonaq olub - fotolar

Samira türk məşhurlarla verilişdə qonaq olub -  fotolar
4531 dəfə oxunub
  • A-
  • A
  • A+

“Li-li group” və “Mərdan” prodüser şirkətinin birgə layihəsi olan “Körpü” şounun növbəti buraxılışının qonaqları müğənnilər Samira Allahverdi , Linət və “Ezel” filmindən tanınan aktyor Kamal Ucar olublar.

Axşam.az-ın məlumatına görə, aparıcı Aynur Hacıyevanın qonaqları ilə səmimi söhbəti verilişi dinamik əhval-ruhiyyəli edib. Təəssüratlarını bölüşən Aynur iki güclü səsi bir araya gətirməkdən məmnun olduğunu bildirib:

“İki ölkənin güclü səsləri Samira və Linət canlı ifaları ilə tamaşaçını coşdurdular. Bildiyiniz kimi, veriliş İstanbulda çəkilir. Zaldakılar Samiranın Uitni Hyustonun repertuarından olan mahnısını heyrətlə dinlədilər. Kamal bəy hər iki sənətçinin ifasını dinləyib özünü sanki müğənnilərin konsertində olmuş kimi hiss etdiyini dilə gətirdi”.

Qeyd edək ki, verilişin yeni buraxılışı fevralın 15-də saat 22:45-də “Xəzər” televiziyasında təqdim ediləcək.