Xarici mətbuat dünyaca məşhur müğənni Rihanna və aktyor Leonardo Di Kaprionun sevgili olması ilə bağlı xəbər yaymışdı.
Axşam.az-ın Rusiya KİV-inə istinadən xəbərinə görə, paparatsilər tanınmışları yenidən bir arada görüntüləyib.
Fotoqraflar 40 yaşlı Leonardonun və 26 yaşlı Rihannanın Nyu-Yorkda gecə klublarından birindən çıxarkən şəkillərin çəkib.
Gecə saat 4-də məkandan birlikdə çıxan cütlük jurnalistləri görən kimi ayrı-ayrı maşına minərək, hadisə yerindən uzaqlaşıblar.
Onların sevgili olduqlarını aktyorun yaxın dostlarından biri də təsdiqləyib.