Müğənni gecə klubunda dava saldı - fotolar

Müğənni gecə klubunda dava saldı - fotolar
1691 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Yusuf Güney gecə klubunun təhlükəsizlik xidmətinin işçiləri ilə mübahisə edib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, cangüdənlərin rəhbəri ifaçını içəriyə buraxmayıb. Bu zaman Güneylə başlayan mübahisə polis bölməsində bitib. Hadisə ilə bağlı danışan Yusuf qarşı tərəfin günahkar olduğunu deyib:

"Dostlarımı götürmək üçün kluba getdim. “Gözlə” dedilər. O soyuqda məni qapıda 10 dəqiqə gözlətdilər. “Biz sənətçiyik, bir az hörmət edin” söyləyəndə “Sən kimsən?”, - deyə cavab verdilər. "Özünüzü tərbiyəli aparın" deyəndə isə qiyamət qopdu. Mühafizəçi mənə içki şüşəsi atmağa başladı. Onu altı nəfər adam güclə tutdu. Mən də polis bölməsinə gedib şikayət etdim”.

Təhlükəsizlik işçisi isə ittihamları rədd edib.