Monika Belluççi görünüşü ilə təəccübləndirdi - fotolar
Dünya
19:40 / 16.02.15
6505dəfə oxunub
A-
A
A+
50 yaşlı italyan aktrisa Monika Belluççi qatıldığı televiziya proqramında hamını təəccübləndirib.
Axşam.az “Dailymail”-ə istinadən xəbər verir ki, aktrisa “Che Tempo Che Fa” tok-şousunda gənc görünüşü ilə marağa səbəb olub.
O, “Dolce&Gabbana” imzalı dar güllü paltarı və geyindiyi dikdaban ayaqqabılarına görə səhnədəki pilləkənləri aparıcının köməyi ilə enib. Aktrisa yeni çəkildiyi “Ceyms Bond” filmindən və ən yaşlı "Bond qızı" kimi çıxışından danışıb.
Qeyd edək ki, Belluççinin yeni filmi oktyabrda təqdim olunacaq.