ABŞ-lı müğənni Britni Spirs “İntimate Collection” üçün hazırladığı kolleksiyanı təqdim edib.
Axşam.az "Dailymail"-ə istinadən bildirir ki, 33 yaşlı müğənni şəkillərini əvvəlcə “Twitter”, daha sonra isə “Instagram” istifadəçiləriylə bölüşüb.
“Twitter”-də 40,8 milyon, “İnstagram”da 4,1 milyon izləyicisi olan Spirs yeni kolleksiyanın tezliklə satışa çıxacağını bildirib.
Şəkillərdə müğənninin iki uşaq anası olmasına baxmayaraq, bədən quruluşunun əvvəlki kimi incə olması diqqət çəkib.
Qeyd edək ki, Spirs bu kolleksiya üçün çəkdiyi şəkillərə çoxlu fotoşop etdirdiyinə görə bir müddət əvvəl qınaq obyektinə çevrilmişdi.