"Yaxşı ki, sən varsan, ay sədəfli saz!"

"Yaxşı ki, sən varsan, ay sədəfli saz!"
985 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Sarayında "Yaxşı ki, sən varsan, ay sədəfli saz!" adlı aşıq konserti proqramı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, konsert iyunun 25-də, saat 19.00-da başlayacaq.
 
Tədbirdə əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva və Ağamurad İsrafilov çıxış edəcək.

Gecədə, həmçinin Cahangir Quliyev, Telli Borçalı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Solmaz Kosayeva, Əli Tapdıqoğlu, İlham Aslanbəyli, Avdı Musayev, Dəmir Vəliyev və digər aşıqların da ifaları dinləniləcək.