Azərbaycandan Monteneqroya çarter aviareysi açılıb

Azərbaycandan Monteneqroya çarter aviareysi açılıb
649 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gündən Bakıdan Monteneqronun Tivat şəhərinə (paytaxt Podqoritsadan 87 km şimal-qərbdə) çarter aviareysi açılıb.

Axşam.az-ın “Report”a istinadən məlumatına görə, bu gündən iyulun 23-nə qədər həftədə bir dəfə - cümə axşamı günləri Bakıdan saat 13:45-də reallaşacaq reyslər müxtəlif turpaketlər daxilində satılır. Reyslər iyulun 23-dən avqustun sonuna qədər isə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri təşkil olunacaq.

Çarter reysləri ilə uçmaq üçün alıcılara təqdim olunan 2 nəfərlik turpaketin qiyməti 3 ulduzlu hoteldə 8 gün gecələmək və qida xidmətləri daxil olmaqla 1 990 manat, 4 ulduzlu hotel üçün - 2 244 manat, 5 ulduzlu hotel üçün isə 4 464 manatdan başlayır.

Qeyd edək ki, aviareyslər "Montenegro Airlines" şirkəti tərəfindən "Embraer-190" təyyarəsi ilə həyata keçirilir. Bu ilin aprel-sentyabr ayları ərzində Monteneqro Azərbaycan vətəndaşları üçün viza şərtlərini ləğv edib.