Tanınmış aparıcı evində ölü tapıldı

Tanınmış aparıcı evində ölü tapıldı
6729 dəfə oxunub
  • A-
  • A
  • A+
Şotlandiyalı aparıcı Mişel Uottun ölümü bütün ölkəni şoka salıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı aparıcının cəsədi evində tapılıb. “60 dəqiqədə dəyişmək” adlı verilişi təqdim edən Mişel həmin evdə həyat yoldaşı Paul Kerr və 5 yaşlı qızı Ceymi ilə birlikdə yaşayıb.

Media nümayəndələri və tamaşaçılar M.Uottun ölümünə inana bilmədiklərini, bu xəbərdən sarsıldıqlarını bildiriblər. Mişelin ölüm səbəbləri ilə bağlı polis araşdırmalara başlayıb.

Qeyd edək ki, M.Uott məşhur boksçu Cimin qızıdır. Cim Uott daha əvvəl 17 yaşında bir oğlunu da avtomobil qəzasında itirmişdi.