Əməkdar artist yeni klipinin çəkilişinə başladı

Əməkdar artist yeni klipinin çəkilişinə başladı
1608 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova musiqisi millət vəkili Novruz Aslana, sözləri Eldar Allahyaroğluna aid olan “Azərbaycan-Türkiyə” adlı mahnının klip çəkilişlərinə başlayıb.

Axşam.az-ın məlumatına görə, klipin rejissoru Fuad Əlişovdur.

Lalə Məmmədova uşaqlıqdan tarix fənnini sevdiyini, bu mahnını oxumaq üçün ona təklif edəndə çox sevindiyini bildirib:

“Bəstəni dərk edərək oxumaq insana başqa bir zövq verir. Azərbaycanla Türkiyə arasındakı dil, din, dostluq əlaqələri möhkəm olub. Bizim millət vəkilləri Novruz Aslan və Eldar Allahyaroğlu bu mövzuya çox həssaslıqla yanaşıb. Mahnı uğurlu alınıb. Fuad Əlişovun da klipi maraqlı çəkəcəyinə inanıram”.

Klipin operatoru Nadir Mehdiyevdir.