Şam yeməyinə 200 min ödədi

Şam yeməyinə 200 min ödədi
3370 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaca məşhur ulduz Rihanna yay istirahətini davam etdirir.

Axşam.az-ın məlumatına görə, Monte Karloda dincələn müğənni parasailingdən istifadə edərkən paparatsilərin fotokamerasına tuş gəlib.

Rihanna bu yay tətili üçün bir sərvət xərcləyib. Bir neçə gün əvvəl rəfiqəsi ilə yaxta gəzintisinə çıxan müğənni gəmini 300 min funt sterlinqə (təxminən 350 min manat) kirayələmişdi.

O, Fransada restoranların birində şam yeməyi üçün isə 200 min funt sterlinq ödəyib.