Azərbaycanlı modelyer Sakit Abbasov (Sako) sosial şəbəkədə yayılan lüt şəklindən danışıb.
Modelyer Axşam.az saytına açıqlamasında bunu özünə qarşı təxribat adlandırıb:
“Sosial şəbəkələrdən yalnız “Facebook” istifadəçisiyəm. “Odnoklassniki”də adıma saxta profil açıb, telefon nömrəmi, lüt şəkilimi qoyublar. Bunu kimin etdiyini bilmirəm, amma həmin profil mənə aid deyil. Şəkili isə montaj ediblər. Mənim bu cür lüt fotolarım yoxdur. Bunu aydınlaşdıracam. Həmin şəxsi tapıb bir tədbir görəcəm. İnsanların şəxsiyyətinə toxunulacaq hərəkət etməyin cəzası var.
Guya mənim şəklimi fotomontaj etməklə əllərinə nə keçəcək ki? Bu cür hərəkətləri, sosial şəbəkədə biədəb fotolar paylaşmağı heç vaxt özümə sığışdırmaram.
Məni tanıyanlar necə ciddi insan olduğumu, açıq-saçıqlığa yol vermədiyimi bilir. Hamıya bildirmək istəyirəm ki, həmin saxta profilə aldanmasınlar. Sako heç vaxt belə mədəniyyətsizlik etməz”.