Ötən gün ANS telekanalının “Uşaqdan böyüyə” verilişinin məşhur aparıcısı İrəm Nəbiyevanın toy mərasimi keçirilib.
Axşam.az-ın Modern.az-a istinadən məlumatına görə, ANS-in xanım aparıcısı Türkiyə vətəndaşı ilə ailə həyatı qurub. Toy mərasimi Bakıda dəniz kənarında lüks otellərdən birində keçirilib. Mərasimə xeyli sayda tanınmış şəxs qatılıb. Xəzərin sahilində baş tutan mərasim qeyri-adiliyi ilə fərqlənib. Toy şənliyi ramazan ayına təsadüf etdiyindən mərasim iftardan sonra başlayıb.
Qeyd edək ki, Türkiyə vətəndaşı ilə ailə quran məşhur aparıcının Türkiyədə də toy mərasimi təşkil olunacaq.