Aygün Kazımova Rafet El Romana "yox" dedi

Aygün Kazımova Rafet El Romana "yox" dedi
3107 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün türkiyəli müğənni Rafet El Romanın “Romantik yay axşamı” adlı Bakı konserti baş tutub.
 
Axşam.az-ın məlumatına görə, “Yaşıl Teatr”da keçirilən konsertdə müğənni sevilən mahnılarını səsləndirib.
 
İfaçı daha sonra səhnəyə azərbaycanlı duet ortağı Ezonu dəvət edib.
 
Cütlük birlikdə “Qəlbinə sürgün” adlı duetini oxuyub.
 
Konsertlə bağlı maraqlı məqam isə xalq artisti Aygün Kazımovayla bağlı idi. Belə ki, müğənninin  konsertə qatılacağı öncədən elan edilsə də, bu, baş verməyib.  

Qeyd edək ki, konsertin təşkilatçısı Nahid Emiloğlu olub.

Foto: Rəşad ABBASOV