Meyxanaçı Namiq Qaraçuxurlu və “Natiq” ritm qrupunun birlikdə səsləndirdiyi duet hazırdır.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir ki, üzərində çalışılan mahnı vətənpərvərlik mövzusundadır.
Namiq Qaraçuxurlu bu mahnıya maraqlı klip çəkəcəklərini bildirib.
Xatırladaq ki, duet yanvar ayından etibarən artıq hazır idi. Əməkdar artist, qrupun rəhbəri Natiq Şirinov o vaxt bəyənmədiyi üçün mahnının yenidən yazılmasını istəmişdi.