Müğənni Demet Akalın hamilə olduğunu etiraf edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı “İstinya” parkda qapıçıya hamilə olduğunu bildirərək yoxlanış aparatından keçməyib.
İki il əvvəl Okan Kurt adlı gənclə ailə quran Demet uzun müddətdir övlad sahibi olmaq istəyirdi.
Müğənni nəzərdən qorxduğu üçün hamiləliyini hələ ki, gizli saxlayır.
Xatırladaq ki, Demet Akalın sentyabrda Bakıda konsert verəcək. O, “Govkhar group”un təşkilatçılığı ilə ilk dəfə şəhərimizin qonağı olacaq.