“Əgər lüt çəkilirsə, deməli, bədənini reklam edir”

“Əgər lüt çəkilirsə, deməli, bədənini reklam edir”
10044 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı modellər İlqar Əliyev və Oksana Rzayeva bəzi həmkarlarının lüt fotosessiyada iştirak etmələrinə münasibət bildirib.

Axşam.az saytının məlumatına görə, “Best model of Azerbaijan 2004” müsabiqəsinin qalibi İlqar deyib ki, nəinki kişilərin, heç xanım modellərin də lüt şəkillər çəkdirməsini xoşlamır.

Onun sözlərinə görə, əslində modelin açıq-saçıq fotolar çəkdirməsi istər bizdə, istərsə də xaricdə normaldır:

“Amma tamamilə lüt fotolar doğru deyil. Model hansısa bir geyimi nümayiş etdirməlidir. Əgər lüt çəkilirsə, deməli, artıq özünü, bədənini reklam edir. Nə qədər pul təklif olunsa da, heç vaxt lüt fotosessiya etdirmərəm.  Mənim işim geyimi gözəl formada təqdim etməkdir”.

İlqar bir müddət öncə lüt fotosessiyada çəkilən həmkarı Nuridə Əliyevanın şəkillərinə isə belə reaksiya verib:

“Bir kişi kimi onun fotolarını bəyəndim, amma model kimi yox. Bu, nəyə lazımdır ki?”.

Oksana Rzayeva isə modellərin mentalitetə uyğun hərəkət etmələrini tövsiyə edib:

“Modelin açıq-saçıq şəkillər çəkdirməsi mentalitetdən asılı olmalıdır. Biz hələ o həddə çatmamışıq. Lüt fotolar modelin işi deyil. O, artıq öz bədənini göstərir. Mən heç vaxt lüt çəkilmərəm. Çimərlik geyimində isə yalnız xarici ölkədən təklif olduğu təqdirdə razılaşaram.  Başa düşmürlər ki, bizim işimiz geyimi, saç düzümünü təqdim etməkdir. Bəzən hansısa nümayişə gedəndə həmkarlarım “bunu geyinmirəm, bu saç mənə yaraşmır” deyə etiraz edirlər. Bu, yanlışdır.  Sən modelsənsə, razılaşıb qəbul etməlisən”.