Rəqsanə 140 minlik avtomobilini ona hədiyyə etdi (Foto)

Rəqsanə 140 minlik avtomobilini ona hədiyyə etdi (Foto)
4810 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova 140 minlik “Range Rover” markalı avtomobilini bacısı oğluna hədiyyə edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” verilişinə açıqlamasında özü üçün yeni avtomobil alacağını deyib.

O, bu dəfə daha bahalı maşına sahib olacaq:

“Özümə 140 minə avtomobil almışdım. Onun 40 min manatını nəğd ödəyib, yüz minini bankdan borc götürmüşdüm. Borcumu verdikdən sonra həmin avtomobili bacımın oğluna hədiyyə etdim. Mən çox ürəyiyumşaq insanam. Ramazan ərəfəsində isə lap kövrək oluram. İçdən necəyəmsə, üzdə də o cür davranıram. İndi özümə daha bahalı avtomobil almağı düşünürəm. Onun ödənişini nəğd edəcəm. Daha bankdan borc götürmək istəmirəm”.