Məşhur futbolçu Ronaldonun model sevgilisi İrina Şeyk Mayamiyə yollanıb.
Axşam.az-ın məlumatına görə, Şeyk istirahət üçün getdiyi istirahət mərkəzində paparatsilərin fotokamerasına tuş gəlib.
İdeal bədən quruluşu ilə hər kəsi heyran qoyan model jurnalistlərə bunun sirrini açıqlayıb:
“Bu cür bədən quruluşuna sahib olmaq üçün çox çalışıram. Daha çox plateslə məşğul oluram və qaçıram”.