“Kanal D” Aygün Kazımovanın evində

“Kanal D” Aygün Kazımovanın evində
7786 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur “Kanal D” telekanalı xalq artisti Aygün Kazımova ilə bağlı veriliş hazırlayır.

Axşam.az-ın məlumatına görə, bu gün müğənninin İstanbuldakı evində çəkiliş aparılıb.

Proqram xalq artistinin reper Snup Doqla “Coffee from Columbia” layihəsinə həsr olunub.

A.Kazımova “Kanal D” ilə yanaşı “TRT Music” kanalına da geniş müsahibə verib.

Qeyd edək ki, xalq artisti qardaş ölkədə Bakıda verəcəyi konsertinin məşqlərini davam etdirir. Müğənni paytaxta qayıdarkən dünya layihəsini reallaşdırdığı “Doqquz səkkiz” musiqi şirkətinin kollektivini də özü ilə gətirəcək. Şirkətin rəhbəri Əhməd Çolak və baş kordinatoru Dəmət Karaduman Aygün Kazımovanın iyulun 26-da “Amburan” istirahət mərkəzində baş tutacaq konsertində qonaq qismində iştirak edəcək.