Xalq artisti İlhamə Quliyeva sənət dostlarını başına yığaraq ziyafət verib.
Axşam.az-ın məlumatına görə, qonaqlıq “Xəzər” telekanalında yayımlanan “Ay Zaur” verilişinin çəkilişi ilə əlaqədar yaxtada baş tutub.
Xoş anların yaşandığı gecəyə xalq artisti Ağadadaş Ağayev, Səkinə İsmayılova, meyxanaçı Namiq Qaraçuxurlu, skripka ifaçısı Ceyhun, müğənni Zamiq və başqaları qatılıb.