Müğənni Çingiz Mustafayevin Yurmalada keçirilən “Yeni dalğa” musiqi müsabiqəsinə qatılmağından xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, iyulun 13-dən Yurmalaya yollanan sənətçi dünən səhnəyə çıxıb. Bir çox məşhur müğənnilərin də qatıldığı gecədə həmyerlimiz Emin Ağalarov da olub. O, Çingizə dəstək olmaqla yanaşı, sevilən mahnılarını ifa edib.
Çingiz konsertlə bağlı təəssüratlarını sosial şəbəkədə sevənləri ilə bölüşüb:
“Yeni dalğa”nın səhnə arxası məşhur ulduzlarla doludur. Heç vaxt fikirləşməzdim ki, onların hamısını bir arada görəcəm. Səhnə arxasında Emin mənə uğurlar arzuladı. Bütün iştirakçıların çıxışları gözəl idi. Çıxışımdan narazı deyiləm, amma düşünürəm ki, bundan da yaxşı ola bilərdi. İfamı burdakı insanlarla bölüşməyimə şadam, ona görə də nəticə haqqında düşünmürəm. Məşhur ulduz Toto Kutunyo ilə görüşdüm. O, ifamı çox bəyəndiyini, mənim özüməməxsus bir stilim olduğunu dedi. Bu sözləri əfsanəvi bir müğənnidən eşitmək qürurvericidir. Konsertdən sonra birgə çıxış edəcəyimiz Polina Qaqarina ilə məşq etdik. Duetimizi bu gün oxuyacağıq”.