Dünyanın ən məşhur modellərindən olan Naomi Kempl ötən gün Bodruma gedib.
Axşam.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, “The face” adlı modellik müsabiqəsinin yaradıcılarından biri olan Naomi ilk olaraq Yunanistanın Maykanos adasına yollanaraq, dizayner Pelin Akatla görüşüb.
Görüşün məqsədi müsabiqənin türk versiyasının fəaliyyətə başlamasıdır.
Daha sonra Bodruma gələn model bir neçə gün burada istirahət edəcək. O, həmkarı Keyt Moss kimi “Life Co detoks” mərkəzindəki oteldə qalıb.