Müğənni Gülay və idmançı həyat yoldaşı Kamil Zeynalov istirahətdən qayıdıb.
Axşam.az-ın məlumatına görə, cütlük Bodrum və Quş adasında dincəlib.
Gülay müxbirimizlə söhbətində bildirib ki, geri qayıdan kimi yaradıcılığına davam etməyə başlayıb:
“İstirahətə on gün vaxt ayıra bildik. Bilirsiniz ki, üçüncü albomum işıq üzü gördü. İndi növbətisini hazırlayıram. Yeni mahnılarım var. Maraqlı layihələr olacaq”.