Təşkilatçı Nahid Emiloğlu sosial şəbəkədə müğənniləri tənqid edən status yazıb.
Axşam.az-ın məlumatına görə, statusda Azərbaycan sənətçilərinin solo konsert verməyə hazır olmadıqları bildirilib:
“Sentyabrın 1-10 arası müğənnilərin “Yaşıl Teatr”da konsertlərini təşkil edəcəm. Sonra deməsinlər ki, bizim konsertlər təşkil olunmur. Ən az 20 sənətçiyə təklif göndərmişəm. Hələ də hazır olmadıqlarını deyirlər. Görəsən, bunlar nə vaxt hazır olacaq? Maqazin proqramlarında sual verəndə bizə təklif gəlmir, türkləri gətirib burada ciblərini doldururlar deyirsiniz. Məncə, bunlar heç vaxt dəyişilməyəcək”.