Xalq artisti Aygün Kazımovanın “Amburan” istirahət mərkəzindəki konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Səxavət Nurun etdiyi gecə müğənninin dünya ulduzu Snup Doqla birgə səsləndirdiyi “Coffee from Columbia” dueti ilə başlayıb.
Türkiyədən gələn Murat Yetərin musiqi heyətinin müşaiyəti ilə bir-birindən gözəl mahnılarını təqdim edən xalq artistini izləyənlər arasında tanınmış simalar da olub.
Qızı İlqarə İbrahimova, müğənni Ayan Babakişiyeva, aparıcılar Azər Şirin, Rüfət Ağayev, Zaur Nəbioğlu, Günel Hümbətova, müğənni bacısı Mehin, stilist Nigar İbrahimova və başqaları Aygün Kazımovanı dinləyənlər sırasında yer alıb.