Türkiyəli müğənni Murad Bozun ötənil Bodrumda çəkilən fotoları uzun müddət gündəmdən düşməmişdi.
Axşam.az-ın məlumatına görə, sinəsinin böyüklüyü ilə gündəmdən düşməyən sənətçi bu il də eyni məkanda fotokameralara tuş gəlib.
Muradın ötən ilki böyük sinəsindən əsər-əlamət qalmadığı diqqət çəkib.
Bu il də “Casa del arte” oteldə dincələn, yaxta ilə gəzintiyə çıxan Murad Boz paparatsilər tərəfindən görüntülənib. Sənətçinin bir il içində arıqladığı və idman vasitəsilə bədənini formaya saldığı görünüb.