Garant Holding-in iftar aksiyasının dördüncü günü

Garant Holding-in iftar aksiyasının dördüncü günü
1280 dəfə oxunub
  • A-
  • A
  • A+
“Garant Holding iftar süfrəsinə dəvət edir” aksiyası davam edir.

Dünən, avqustun 4-ü  işıqfor və dayanacaqlarda insanlara su və xurma  paylanması ilə yanaşı  Elmlər Akademiyası metrosunun yaxınlığında qurulan çadırdan iftar açanlara yüngül yemək ikram olunub. Yarım saat ərzində 250 insanın qonaq olduğu mərasim holding əməkdaşlarının iştirakı ilə reallaşıb.
 
Sözügedən Ramazan aksiyası  Garant Holding-in Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü  ilə ənənəvi səciyyə alıb. Bu il aksiya müvafiq qurumların dəstəyi ilə daha da genişlənib. Belə ki, çadırların qurulduğu ərazinin aid olduğu müvafiq icra hakimiyyəti orqanları bu xeyirxah mərasimin keçirilməsində öz dəstəyini əsirgəməyib.  Aksiyanın dördüncü günündə Elmlər Akademiyası metrosu yaxınlığında çadırın qurulması Garant Holding-in Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə səyi nəticəsində ərsəyə gəlib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, icra başçısının mümavini Şahin Məmmədov və icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov Ramazan aksiyasının keçirilməsi üçün bütün lazımi tədbirləri böyük ruh yüksəkliyi ilə həyata keçirib. Yeri gəlmişkən, aksiyanın altıncı günü, yəni avqustun 6-da yenə sözügedən icra hakimiyyətinin dəstəyi ilə növbəti çadır Nizami metrosunun qarşısında qurulacaq. Saat  21:00-dan etibarən iftarını açmağa hazırlaşan hər kəs bu süfrəyə qonaq ola bilər. 

Bununla yanaşı, Aksiya bu gün, şəhərin 10 nöqtəsində işıqfor və dayanacaqlarda su və xurma paylanması ilə davam edəcək. Həmin nöqtələri diqqətinizə çatdırırıq.

Şirkət Lokasiya

Garant Holding - R.Behbudov və Bakıxanov küç. kəsişməsi

Qarant Sığorta - C.Cabbarlı 44

Avtomedia - Elmlər Akademiyası

M-Trans - Avtovağzal

Royal Estate - 20 Yanvar

Transeurocom - 28 Mall avm

Ucar Aqro - Vaqif pr.

Azbentonit - Xırdalan dairəsi

AzPOD - Nərimanov m.

Meridian - Azneft dairəsi