Müğənnilər Natavan Həbibi, İlhamə Qasımova və Samir Cavadzadə münsif olub.
Axşam.az-ın məlumatına görə, onlar Türkiyədə birincisi keçiriləcək “Türkvision” mahnı yarışmasında ölkəmizi təmsil edəcək iştirakçını seçəcəklər.
Münsiflər heyətində müğənnilərlə yanaşı bəstəkar İsa Məlik də yer alıb. ATV telekanalında yayımlanacaq seçim turunun aparıcısı Samir Bayramlıdır.
Qeyd edək ki, “Türkvision” müsabiqəsinin finalı dekabrın 18-21-də baş tutacaq. Yarışmaya türkdilli ölkələrin 20-yə qədər ifaçısı qatılacaq.