“Özünə bax” qəza keçirən iştirakçını ziyarət etdi

 “Özünə bax” qəza keçirən iştirakçını ziyarət etdi
4913 dəfə oxunub
  • A-
  • A
  • A+

 ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışması həftənin ilk günü maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, verilişdə yaradıcı heyət ilk olaraq ötən həftənin ən səs-küylü iştirakçısı Türkanla bağlı məlumat verib. Layihənin rəhbəri Ruhi Əliyeva və redaktoru Nərgiz Əliyeva “Özünə bax”a gələn zaman avtomobil qəzası keçirən Türkanı ziyarətə gedib. Ruhi Türkanın ikinci yarımfinala keçdiyini və ona səhhəti ilə bağlı lazım olan bütün köməkliyi göstərəcəyini bildirib. Münsif kürsüsündə əyləşən vizajist Nigar İbrahimova, stilist Fuad Hacıyev, layihənin rəhbəri Ruhi Əliyeva və “A glamour” modalar evinin rəhbəri Afa xanımın razılığı ilə 4 iştirakçıdan yalnız ikisi ikinci yarımfinala vəsiqə qazana bilib. Solmaz adlı iştirakçının növbəti tura keçib-keçməməsi sabah bəlli olacaq.

Xatırladaq ki, “Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə veriləcək.

"Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.

Foto: Rəşad Abbasov