Tanınmış "UC-Kuduk" özbək qrupunun solisti Ziyad İşanxocayev bu yaxınlarda müğənni Roza Zərgərli ilə birgə layihə təqdim edəcək.
Axşam.az xəbər verir ki, bu barədə Z.İşanxocayevin özü bildirib.
O, Roza ilə tanışlığından söz açıb:
“Mən Roza Zərgərli ilə “Şərq bazarı” müsabiqəsində tanış olmuşam. Biz tez dostlaşdıq və fikirləşdik ki, niyə də birgə layihə ilə çıxış etməyək? Məncə, çox maraqlı olardı. Onun əla səs diapazonu var. Əsas yaxşı mahnı seçə bilməkdir. Bunu edə bilsək, nəticədə möhtəşəm bir layihə ortaya çıxacaq. Ümid edirəm ki, bu ideyanı reallaşdıra biləcəyik”.
Qeyd edək ki, "UC-Kuduk" qrupu müxtəlif layihələrdə iştirak etmək üçün tez-tez Bakıya səfər edir:
"Sonuncu dəfə paytaxtınıza gələrkən, belə gözəl və hərarətlə qarşılanacağımı gözləmirdim. O zaman başa düşdüm ki, Bakıya gəlməzdən əvvəl intensiv çalışmalarımız əbəs deyilmiş” - deyə müğənni sözlərini yekunlaşdırıb.