Müğənni İradə İbrahimovanın ana olduqdan sonra 50 kiloqram arıqladığı ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, bu xəbərdən sonra sevənləri sənətçinin özəl pəhrizini bilmək üçün ona məktublar ünvanlayıb.
İradə pəhrizi ilə bağlı sosial şəbəkədə yazıb:
Səhər 09:00-da 2 stəkan su, kibrit qutusu böyüklükdə iki ədəd ağ pendir, 1,5 dilim çovdar çörəyi, 2 zeytun, 2 ərik qurusu, qırmızı bibər, cəfəri, pomidor, yaşıl çay.
11:30-da 2 stəkan su, 1 ədəd alma və ya kivi.
13:30-da 2 stəkan su, zeytunyağı və tərəvəzlərdən hazırlanan xörək, 1,5 dilim çovdar çörəyi, 1 kasa qatıq.
16:00-da 2 stəkan su, 1 fincan süd və əncir qurusu. Bunu 1 stəkan ayran və 1 qozla əvəzləyə bilərsiniz.
19:00-da 2 stəkan su, toyuq filesi, salat, ½ ədəd çovdar çörəyi. Bunu 4 ədəd katlet, salat və 1 kasa şorba ilə əvəzləyə bilərsiniz.
21:00-da 2 stəkan su, 1 alma və ya portağal. Metobolizmanı çalışdıran çay: 1 litr qaynar suya 1 çubuq darçın, 2-3 çimdik yaşıl çay, 2-3 dilim limon atıb 10 dəqiqə dəmləyib, süzün. Soyuq halda içilir. Bu çay şirniyyat istəyini azaldır.