ATV telekanalının zövq yarışması “Özünə bax” ötən gün də tamaşaçıları ekran başına bağlayıb.
Axşam.az-ın məlumatına görə, beş gənc qız münsif qarşısına çıxıb. Bazar ertəsinin iştirakçısı olan Solmaz haqqında münsiflər ötən gün qərar verib və onu ikinci yarımfinala keçirib. İştirakçılardan yalnız ikisi münsiflərdən "yox" cavabı alıb.
Sara adlı qız keçmədiyini eşidən zaman gözyaşlarını tuta bilməyib. Canlı yayımda halı pisləşən Saraya münsiflər ilk müdaxiləni edib. Layihənin rəhbəri Ruhi Əliyeva gənc qıza bir şans daha vermək istəsə də digər münsiflər onunla razılaşmayıb.
Vizajist Nərmin İbrahimova da münsif qismində yarışa qatılıb. İştirakçılardan birinin dilində qüsur olduğunu deyən Nərminlə Ruhi arasında gərgin anlar yaşanıb. Ruhi iştirakçıları geyimlərinə görə seçdiklərini deyərək etırazını bildirib.
Xatırladaq ki, “Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.
Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə veriləcək.
"Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.
Foto: Rəşad Abbasov