Ruhi səs verərkən şəkil çəkdirən sənətçilərə söz atdı

Ruhi səs verərkən şəkil çəkdirən sənətçilərə söz atdı
3012 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün baş tutan prezident seçkilərində bir çox tanınmış sima da səsverməyə qatılıb.

Axşam.az-ın məlumatına görə, onlardan biri də “Özünə bax” layihəsinin rəhbəri Ruhi Əliyeva olub.
R.Əliyeva başqaları kimi səs verərkən şəkil çəkdirmədiyini, bu işi şouya çevirmək istəmədiyini deyib:

“Dünən İstanbula uçmalı idim. Biletimi elə vaxta aldım ki, seçkidə iştirak edə bilim. Nəsimi rayonundakı 23 saylı seçki dairəsinin 1 saylı məntəqəsində cənab prezident İlham Əliyevə səs verdim. Amma şəkil çəkdirib, sosial şəbəkədə paylaşmadım. Bu işi şouya çevirmək istəmədim. Bu, mənim vətəndaşlıq borcumdur. Bəzilərindən fərqli olaraq, ona ciddi yanaşıram”.

Qeyd edək ki, R.Əliyeva Yeni Azərbaycan Partiyasının və Nəsimi rayon Qadınlar Şurasının üzvüdür.