Dünən Çempionlar Liqasında "Barselona"nın "PSJ"ni 6:1 məğlub edərək fantastik qələbəyə imza atıb.
Axşam.az-ın məlumatına görə, dünya mediasının manşetində bu xəbər "Öhdəsindən gəldilər", "Qəhrəmanlar", "Sözlərlə ifadə edilməz", "Tanrılaşmaq" kimi başlıqlarla yayımlanıb.
Gecənin ən maraqlı şərhlərindən birini isə "Barselona"nın ulduzu, müğənni Şakira ilə evli olan Pike verib. O, futbolçuların və azarkeşlərin sevincini belə ifadə edib:
"9 ay sonra xəstəxanalarda tibb bacılarını gərgin iş gözləyir. Çünki bu gecə çox seks olacaq. Bu unudulmaz qələbə başda İspaniya olmaqla bütün dünyada böyük əks-səda doğurdu".