Oksana, Məlahət və İlkin öz filminin qalasına gəlmədi - fotolar

Oksana, Məlahət və İlkin öz filminin qalasına gəlmədi -  fotolar
3402 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Brat Li” adlı daha bir Azərbycan filiminin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, rejissorluğunu Nicat Rzazadənin etdiyi ekran işində əməkdar artist Məlahət Abbasova, rəqqasə Oksana Rəsilova, aktyor İlkin Misgərli, Nofəl Şahlaroğlu, Rüfət Nəzərov və başqaları rol alıblar.

Nizami Kino Mərkəzində gerçəkləşən təqdimat mərasimində filmin baş rol ifaçıları O.Rəsulova, İ.Migərli, M.Abbasova iştirak etməyib. Buna səbəb isə Oksana və Məlahətin Bakıda olmaması olub. Digər baş qəhrəmanın isə qalaya gəlməmə səbəbi açıqlanmayıb.

“Brat Li”ni izləməyə gələnlər arasında sənət aləminin tanınmış simaları da yer alıblar.

Komediya janrında olan filmin ssenari müəllifi N.Rzazadə, ideya müəllifi Ruslan İsmayılovdur.

Foto: Ramin ASLANOV