“Xəzər” telekanalının məşhur serialı “Cehizsiz gəlinlər” final edəcək.
Axşam.az-ın məlumatına görə, yaradıcı heyət ekran işini bu mövsüm bitirmək qərarına gəlib.
Hazırda serialın 106-cı bölümü efirə gedir. “Cehizsiz gəlinlər" həftə içi beş gün yayımlanır.
Qeyd edək ki, aktrisa Cəmilə Tağızadə də layihədən ayrılan zaman ekran işinin gələn mövsüm davam etməyəcəyini söyləmişdi.