"Holiday Inn" otelində “Orxideya” gözəllik mərkəzi - vizajist Afaq və saç ustası Günayın təşəbbüsü ilə “İki brilyant” adlı “master-klas” keçirilib.
Axşam.az-ın məlumatına görə, dünyada məşhur saç ustaları və vizajistlər “master-klaslar” keçirir. Mərkəzin stilistləri də ölkəmizdə 2017-ci ilin ilk ustad dərslərinə start veriblər.
Afaq və Günay dəfələrlə xarici ölkələrdə keçirilən seminarlara qatılıb, dünyanın tanınmış stilistlərinin dərslərində iştirak edib və sertifikatlar alıblar. “Orxideya” gözəllik mərkəzinin əməkdaşlarının bu dərsləri keçirməkdə məqsədi odur ki, xaricdə saç düzümü və makiyajla bağlı öyrəndiklərini Azərbaycanda təqdim etməkdir. Dərs zamanı vizajist və saç ustası ən son dəbi nümayiş etdiriblər.
6 saat davam edən ustad dərslərində iki saç düzümü və iki makiyaj edilib. Tədbirə qatılanlar Günay və Afaqın əl işlərini heyranlıqla izləyiblər. Stilistlər bu dərslərin davamlı olacağını bildiriblər.
Tədbirin aparıcılığı Afət Abdullayevaya həvalə olunub.
Ünvan: "Orxideya beauty center", 28 may, Zorge 17A (Səməd Vurğun bağının yaxınlığı)
Tel.: (012) 598 99 88,
Mob.: (051) 431 95 93
İnstaqram: @orxideyabeauty_vip
@vizajist_afaq_orxideya
@stilist_gunay_orxideya