Bu gün Kann kinofestivalı start götürür.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, məşhurlar 70-ci dəfə təşkil olunan festivalın açılış mərasimi üçün artıq Fransadadırlar.
Paparassilər hava limanında ilk qonaqları görüntüləyə biliblər. Onlar arasında Monika Belluççi, Marion Kotiyyar, Bella Hadid, Syuzan Sarandaon, Culiana Mur və Şarlotta Gensburq var.
Qeyd edək ki, ilin ən vacib film hadisələrindən sayılan festival mayın 28-ə qədər davam edəcək.