Bütün dünya mediasının diqqəti hazırda Kann kinofestivalındadır.
Dünən açılışı baş tutan mərasimdə qırmızı xalça üzərində maraqlı görüntülər ortaya çıxıb. Daha sonra müsabiqənin münsiflər heyəti rejissor Pedro Almodovarın başçılığı altında media qarşısında görünüblər.
Onlar arasında Uill Smit, Cessika Çesteyn, Maren Ade, Fan Binbin, Anyes Jaui, Qabriel Yared, Paolo Sorrentino, Pak Cun-Ko olub.
Festivalın qonaqları eyni zamanda bir neçə filmin təqdimatında da görünüblər.
Kann Film festivalı mayın 28-də yekunlaşacaq.
Axşam.az xarici KİV-ə istinadən mərasimin ilk günündən ən maraqlı görüntüləri təqdim edir.