"Həyat bəzən ağ, bəzən də qara olur" - Samira+fotosessiya

"Həyat bəzən ağ, bəzən də qara olur" -  Samira+fotosessiya
1005 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samira Allahverdi yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, ifaçı son vaxtlar görünüşündə etdiyi dəyişikliklərdən danışıb:

"Mənə görə çox da dəyişməmişəm. Sadəcə, son vaxtlar saçlarımı rəngləmirəm. Bir az da daha açıq rəngli geyimlərə üstünlük verirəm".

Yeni fotoları ağ-qara olan Samira "Bəs həyat hazırda sizin üçün ağdır, yoxsa qara" sualına belə cavab verib:

"Bəzən ağ, bəzən də qara olur. Həyatda hər şey yağ kimi gedə bilməz. Zamana uyğun yaşamağa çalışırıq. Və də sərhəddi keçməməyə diqqət edirik".

Samira hər zaman öz musiqi tərzinə sadiq qaldığını söyləyib:

"Bəzən hansısa yenilikləri edirəm. Amma öz oxu tərzimə və stilimə sadiq qalan biriyəm. Samira sənətə dəyər verən insandır. Əzəldən sənətlə məşğulam. Ona görə də mən bayağı musiqinin nə olduğunu başa düşmürəm. Musiqi musiqidir. Hərənin öz dinləyicisi var".

S.Allahverdinin vizajını Kristina edib. Fotoların müəllifi isə Rauf Əhmədlidir.