20 yaşlı model Kayli Cenner ilk dəfə ana olub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, reper Travis Scottdan hamilə olan modelin övladı fevralın 1-i dünyaya gəlib.
Hamiləliyini 9 ayına kimi gizli saxlayan Kayli bu gün hesabında maraqlı paylaşım edib. O, öz doğumundan tutmuş, Travislə tanışlığı, hamiləliyinin ilk ayı, ultrasəs müayinəsi və digər həyatının maraqlı anlarını video rolik şəklində səhifəsində izləyiciləri ilə bölüşüb.
Görüntü qısa zamanda yüzlərlə "like" toplayıb.
Qeyd edək ki, qızı olan Kayli 9 ay Los-Ancelesdəki evindən bayıra çıxmayıb. O, övladını Travislə birgə böyütmək istəsə də, amma reper sənəti ilə bağlı Kaliforniyada qalmağa üstünlük verib. Hazırda cütlük birlikdədir.